Qarabağda Rusiya sülhməramlılarına yeni komandan təyin olunub

11 Yanvar 2022 - 10:47

Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlılarının yeni komandanı general Andey Volkov olacaq.

Azpost.info “Sputnik Armenia”ya istinadən bildirir ki, bu barədə Xankəndindəki mənbələr bildiriblər. General Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına qədər sabiq komandan Rüstəm Muradovun müavini olub.

Hazırda Volkov Cənub hərbi dairəsində ordu rəisi vəzifəsini tutur.

Xatırladaq ki, 2021-ci ilin sentyabrından sülhməramlılara Rusiya qəhrəmanı, general Gennadi Anaşkin rəhbərlik edir.