“Qarabağda sülhməramlılarının həlak olması ilə bağlı araşdırma aparılır”- PESKOV

“Qarabağda Rusiya sülhməramlılarının həlak olması ilə bağlı araşdırma aparılır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, hadisənin təfərrüatları hələlik məlum deyil.

“Faktla bağlı araşdırma aparılır, bu barədə dövlət başçısı Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbəti zamanı danışılıb. Orada bəzi şəxslərin vəzifələrindən uzaqlaşdırıldığı barədə məlumat görmüşük. Bununla bağlı saxlanılanlar var. Hələlik bütün təfərrüatları bilmirik, lakin ən azı araşdırma aparılır”, – Peskov bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Hazırda Bakı ilə İrəvan arasında sülh sazişi üçün ilkin şərtlər var” –

Sonrakı məqalə

Bakı “Karabakh Telecom” mobil operatorunun işini dayandırmalıdır –