Qarabağda sülhməramlıların yeni komandanı general Mixail Kosobokov ola bilər

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Mixail Kosobokov ola bilər.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, onun bu vəzifədə general-mayor Rüstəm Muradovu əvəz edəcəyi gözlənilir.

M.Kosobokov Cənub hərbi dairəsinin 58-ci ümumqoşun ordusunun komandanının müavini vəzifəsində çalışıb. Daha əvvəl isə Abxaziyadakı Rusiya hərbi bazasına da rəhbərlik edib.

Qeyd edək ki, rotasiya qaydalarına görə, Rüstəm Muradovu Cənub hərbi dairəsinin komandan müavini Aleksey Avdeyevin əvəz edəcəyi deyilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

“Valideynlərdən COVID-19 pasportu tələb etmirik” –

Sonrakı məqalə

Sabirabadda yeznə qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirib