Ermənistan parlamentinin sabiq deputatı, “Qara Qaplan” adlı könüllü dəstəsinin komandiri Rüstəm Qasparyan bu gün müalicə aldığı xəstəxanada ölüb.
O, ağır qəlpə yarası aldıqdan sonra Xankəndindən İrəvana aparılmışdı.
Xatırladaq ki, o, Qarabağ müharibəsi zamanı Xocalıda törədilən qətliamın cəlladlarından biridir. Həmçinin Qasparyanın 29 yaşlı oğlu bir neçə gün öncə Azərbaycan Orusu tərəfindən məhv edilib.