“Qarabağdakı vəziyyəti ABŞ-la üzbəüz müzakirə edə bilərik” –Rusiya XİN müavinindən açıqlama

“Rusiya Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı ABŞ-la üzbəüz  görüşlərə hazırdır”.

Azpost.info bildirir ki, bu barədə TASS-a Rusiya XİN-in nazir müavini Sergey Ryabkov bildirib: “Dağlıq Qarabağla bağlı ABŞ-la əlaqələr davam etdiriləcək. Regiondakı vəziyyətdən asılı olaraq üzbəüz təmasların baş tutacağını istisina etmirəm. Bu seçkilərə qədər olan müddət ərzində də mümkün ola bilər”.

Ryabkov bildirib ki, ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında əldə edilmiş sonuncu razılaşmada Rusiyanın rolunu vurğulamayıb: “Departamentin bununla bağlı açıqladığı şərhlərində əldə edilmiş razılaşmada Rusiyanın adı xatırlanmayıb. Biz bunu özümüz üçün yadda saxlamışıq. Amma bu problemlə bağlı amerikanlarla dialoq aparmağa mane olmur” –deyə Ryabov bildirib.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

5 şəhər və 4 rayonda avtobusların fəaliyyəti dayandırılır –

Sonrakı məqalə

Şuşada yaşayan ermənilərin 80 faizi şəhəri tərk edib –