“Qarabağdakı vəziyyətlə bağlı Azərbaycan və Türkiyə ilə yüksək səviyyəli dialoq keçirilir” –Putinin mətbuat katibi

“Rusiyanın Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar Azərbaycan və Türkiyə ilə dialoqu yüksək səviyyədə və daimi əsasda həyata keçirilir”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Kremlin nümayəndəsi əlavə edib ki, bu, prezidentlərin iş qrafikinin münasibliyindən asılıdır.

“Bu, heç də o demək deyil ki, Rusiya tərəfi işgüzar əlaqələrdə hansısa kəsir hiss edir. Əksinə, RF XİN-in rəhbəri S.Lavrov Azərbaycan və Türkiyədən olan həmkarları ilə daim əlaqədə olur”, – deyə Kremlin nümayəndəsi bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi mövzusu üzrə Rusiya-Türkiyə və Rusiya-Azərbaycan dialoqu yüksək səviyyədə və daimi əsasda həyata keçirilir.

D.Peskov zərurət yaranacağı halda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı telefon danışıqları aparacağını istisna etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu çətin dönəmdə dost-qardaş ölkələrin dəstəyi bizim üçün çox önəmlidir” –

Sonrakı məqalə

Nikol Paşinyan yenidən səfərbərlik elan etmək məcburiyyətində qalıb