Qarabağdan təxliyə edilmiş ermənilər Rusiyada yerləşdirilə bilərmi?- AÇIQLAMA

“Qarabağdan təxliyə edilmiş sakinlərin Rusiyada yerləşdirilməsi imkanları hələlik müzakirə olunmayıb”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, sülhməramlılar artıq vətəndaşlara bütün lazımi yardımları göstəriblər.

“Ehtiyacın yaranacağını hələ bilmirik. Sülhməramlılarımız bütün lazımi xidmətləri göstərib və bu insanların təhlükəli əraziləri tərk etmələrinə kömək etmək üçün səy göstəriblər”, – Peskov bildirib.

Azpost.info

Əvvəlki məqalə

Bakı “Karabakh Telecom” mobil operatorunun işini dayandırmalıdır –

Sonrakı məqalə

İşçilərin əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələnib