“Qarabağ”ın azarkeşlərinə “Hekken”lə oyun üçün bu qədər bilet ayrılıb

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə “Hekken”lə qarşılaşacaq “Qarabağ”ın səfər oyununu izləmək istəyən azarkeşlər üçün ayrılmış bilet sayı bəlli olub.

Klubdan verilən məlumata görə, oktyabrın 5-də “Ullevi” stadionunda baş tutacaq qarşılaşma üçün Ağdam klubunun fanatlarına 1800 bilet ayrılıb.

Biletlər oyun günü yerli vaxtla saat 19:00-dan etibarən arenanın 8-ci qapısının qarşısında satılacaq. Biletin qiyməti 22 avrodur.

Qeyd edək ki, oktyabrın 5-də keçiriləcək “Hekken” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Əvvəlki məqalə

Oktyabrın 2-dək hava qeyri-sabit keçəcək

Sonrakı məqalə

Kəlbəcərdə snayper atəşi nəticəsində hərbçimiz şəhid olub –