Qarabağın erməni sakinlərindən gözlənti sabitlik içində həyatlarına davam etməkləridir- Binəli Yıldırım

“Qarabağ qanayan bir yara idi. Təəssüf ki, vasitəçilər, Minsk Qrupu və digərləri heç bir zaman bu problemin həllinə dair addım atmayıblar”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Ankarada Türk dövlətlərinin Notariuslar İttifaqının yaradılmasına dair rəsmi mərasimdə çıxışı zamanı Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib.

O qeyd edib ki, Azərbaycan nəticədə problemi özü həll edib, 44 günlük müharibə ilə Zəfər qazanıb, Qarabağı azad edib:

“Təəssüf ki, Ermənistan diasporun təzyiqi altında yanlış addımlar atmağa davam edir. Türkiyə, Azərbaycan, İran və Gürcüstanla münasibətlərini genişləndirmək, əhalisinin rifah səviyyəsini artırmaq yerinə Qarabağda qeyri-qanuni fəaliyyətlərlə məşğul idi. Etirazlara rəğmən, bunu davam etdirdilər və Azərbaycan terroru kökündən məhv edən tədbirlər gördü. İndi Qarabağda, Xankəndi və digər bölgələrdə Azərbaycan bayrağı dalğalanır. Orada yaşayan ermənilərdən gözlənti onların Azərbaycan vətəndaşlığı almaqları və sabitlik içində həyatlarına davam etməkləridir”, – Binəli Yıldırım vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.