“Qarabağla bağlı Türkiyə və Rusiya arasında hansısa razılaşma mövcuddur” –TOFİQ ZÜLFÜQAROV

“Hazırda Qarabağda döyüş NATO üslubu ilə aparılır”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Qarabağdakı hərbi əməliyyatları şərh edərkən deyib.

Onun sözlərinə görə,hərbi əməliyyatların formatı vaxt aparır, amma bu, effektiv üsuldur: “Azərbaycan 21-ci əsr üslubunda müharibə aparır, Ermənistan isə 20-ci əsr qaydaları ilə. Hazırda döyüş NATO üslubu ilə aparılır, atəş nöqtələri məhv edilir, sonra canlı qüvvə ərazini təmizləyir. Bu taktika çox vaxt aparır, amma itkilərin azalmasına xidmət edir. Hesab edirəm ki, bu döyüşlərdə Azərbaycan vaxt məhdudiyyəti qoymamalıdır,”- Tofiq Zülfüqarov bildirib.

Sabiq nazirin fikrincə, Türkiyə və Rusiya arasında hansısa razılaşma mövcuddur: “Bu bölgədə hərbi əməliyyatların bərpası və uzun müddət davam etməsi tərəflərin burada iştirakı olmadan mümkün deyil. İstisna etmirəm ki, hansısa razılaşma mövcuddur,” – keçmiş nazir bildirib.

T. Zülfüqarovun sözlərinə görə, tərəflərin razılaşmasında Ermənistan kənarda qalıb və bu, onu çox narahat edir. Sabiq nazirin fikrincə, hansısa razılaşmanın olduğu görünür və hadisələr buna uyğun cərəyan edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kimya üzrə Nobel mükafatının qalibləri açıqlandı

Sonrakı məqalə

Kremldən Paşinyana daha bir zərbə: