“Qarabağla bağlı üçtərəfli razılaşmanın əsas nəticəsi sabitlikdir” –

Lavrov
28 Sentyabr 2021 - 15:11

“Ötən il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı razılaşmasının əsas nəticəsi münaqişə zonasında vəziyyətin tam stabilləşməsidir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“2020-ci ilin 9 noyabrından bəri keçən bir ilin əsas nəticəsi sabitliyin yaradılması, qorunması və Rusiya sülhməramlı kontingentinin səyi nəticəsində hazırda heç bir zorakılıq əməlləri müşahidə etmirik. İlkin mərhələdə qeydə alınan kiçik insidentlər tez bir zamanda həll olundu. Bir daha vurğulamaq istərdim: orada vəziyyət hazırda sabitdir, baxmayaraq ki, əlbəttə bir sıra problemlər hələ də var”, – deyə Rusiya xarici siyasət idarəsinin başçısı qeyd edib.

Rusiya, ABŞ və Fransadan olan üç həmsədrin bu günlərdə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdüyünü deyən S. Lavrovun sözlərinə görə, görüşdə həmsədrlərin regiona səfərlərinin bərpası, Ermənistan və Azərbaycan nümayəndələri ilə yerində danışıqlar aparması, habelə Xankəndiyə səfər etmələri barədə razılıq əldə olunub.(APA)