“Qarabağ”la oyunda erməni təxribatı –Separatçıların bayrağını uçurtdular, oyun dayandı (FOTO)

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Düdelanj” – “Qarabağ” oyununda xoşagəlməz hadisə yaşanıb.

 Azpost.info Matc.az saytına istinadən bildirir ki, qarşılaşmanın birinci hissəsində erməni təxribatı olub.

 Hər şey 31-ci dəqiqədə “Qarabağ”ın vurduğu 2-ci qoldan sonra baş verib. Belə ki, həmin vaxt separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağı dronla meydanın məkəzinə gətirilib. Buna isə futbolçularımız biganə qalmayıb. Həmçinin azarkeşlərlə futbolçular arasında münaqişə də olub. Azərbaycan çempionunun oyunçularının kəskin etirazı və təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması səbəbindən şotlandiyalı baş hakim Con Biton görüşü yarımçıq dayandırıb. Referi hər iki komandanın meydanı tərk etməsini istəyib.

Bu üzdən hazırda oyun yarımçıq qalıb və referi davam etdirmək qərarını qəbul etməsə, “Düdelanj”a texniki məğlubiyyət veriləcək.

Qeyd edək ki, oyun dayandırlana qədər “Qarabağ” 2:0 hesabı ilə öndə olub.

Avropa Liqası
A qrupu
3 oktyabr
Düdelanj – Qarabağ 0:2 (1-ci hissə)
Qol: A.Zubir, 11. Miçel, 30.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezidentin köməkçisi:

Sonrakı məqalə

Lüksemburqun idman naziri Azərbaycandan üzr istədi –