Prezidentin köməkçisi:“İlham Əliyev və Putin təkbətək görüşdü, Qarabağ müzakirə edildi”

“Dövlət başçıları qeyd etdilər ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir. Ölkələrimiz arasında etibarlı və mehriban dostluq, qonşuluq münasibətləri mövcuddur. Bu, əlaqələrimizin hərtərəfli inkişafına münbit şərait yaradır”.

Bu fikirləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Vladimir Putinlə görüşünü şərh edərkən bildirib.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafında dövlətlərimizin başçıları arasındakı təmasların müstəsna rolu var.

Söhbət zamanı dövlət başçıları tərəfindən humanitar sahədə də əlaqələrin inkişafı qeyd edilib. Dövlətimizin başçısı Azərbaycanda rus dilinə xüsusi qayğı olduğunu diqqətə çatdırıb. Tədrisin rus dilində aparıldığı məktəblərlə yanaşı, ali məktəblərdə də rus dilində tədris aparılır. Bu da iki ölkə arasındakı əlaqələrin inkişafının növbəti daha mühüm göstəricisidir.

Şöbə müdiri vurğulayıb ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli prosesində yaxından iştirak edir.

Hikmət Hacıyev qeyd edib ki, görüşdən sonra da dövlət başçılarının təkbətək görüşü oldu. Azərbaycan və Rusiya prezidentləri gündəlikdəki məsələlərə dair müzakirələrini davam etdirdilər. “Hesab edirəm ki, bu görüş iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir və əlaqələrimizin gələcək inkişafına əsaslı töhfə verəcək”, – deyə Prezident Administrasiyasının rəsmisi əlavə edib.

“Valday” Beynəlxalq Diskussiya Klubunun əhəmiyyətdən bəhs edən Hikmət Hacıyev bildirib ki, bu platforma beynəlxalq münasibətlərin aktual məsələlərinin müzakirəsi baxımından olduqca önəmlidir. Bu tədbirdə dövlət və hökumət başçıları, ekspertlər, biznes və akademik dairələrin nümayəndələri iştirak edirlər.

Bu platforma dövlətimizin başçısı tərəfindən Azərbaycan Respublikasının beynəlxalq əlaqələrin gündəliyindəki vacib məsələlərə münasibətdə mövqeyinin ifadə olunması üçün olduqca mühüm imkan yaradır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zelenski etiraz aksiyasının iştirakçılarına müraciət etdi:

Sonrakı məqalə

“Qarabağ”la oyunda erməni təxribatı –