Qaradağ rayonunda şirkətlərdən birinə məxsus anbardan külli miqdarda mobil telefon və aksesuar oğurlanıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, polisə anbardan ümumi dəyəri 70 min manata yaxın olan mobil telefon və aksesuarların oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 33 yaşlı A.Bağırov və 35 yaşlı R.Rəsullu müəyyən edilərək saxlanılıblar.
Araşdırma zamanı R.Rəsullunun həmin anbarda işlədiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda araşdırmalar davam etdirilir.