Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət elan edilib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iğtişaşların baş verdiyi Qaraqalpaq Respublikasının ərazisində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib.

Bu barədə dövlət başçısının mətbuat katibi Şerzod Əsədov “Telegram” kanalında bildirib.

“Vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə, Prezidentin sərəncamına əsasən, iyulun 3-ü saat 00:01-dən avqustun 2-si saat 00.00-dək Qaraqalpaq Respublikasında fövqəladə vəziyyət rejimi tətbiq edilib”, – deyə o qeyd edib.

Əvvəlki məqalə

Ağdaşda avtoqəzada polis əməkdaşı ölüb

Sonrakı məqalə

Rusiyanın Ukrayna ilə sərhədyanı şəhərində partlayışlar olub –