“Qarşımızda duran məsələ Azərbaycanla sülh danışıqlarının başlanmasıdır” –

pasinyan

“Gündəlikdə duran məsələ Azərbaycanla sülh müqaviləsi ilə bağlı danışıqların başlanmasıdır”.

Azpost.info bildirir ki, bu sözləri Baş naziri Nikol Paşinyan Ermənistanın BMT-yə üzvlüyünün 30 illiyi ilə bağlı keçirilən mərasimdə çıxışı zamanı deyib.

Paşinyan ölkəsinin qarşısında duran çağırışlara toxunub və bildirib ki, qarşıda duran məsələlərdən biri Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası və delimitasiyasıdır.

O həmçinin deyib ki, Ermənistan və Türkiyə arasında xüsusi nümayəndələr səviyyəsində dialoq başlanıb.

Bununla yanaşı Paşinyan vurğulayıb ki, əsas prioritet Qarabağ məsələsinin tənzimlənməsidir. Bu sırada o əsas vasitə kimi ATƏT-in Minsk Qrupunun adını çəkib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir