“Qasparyan Şuşaya görə cavab verməlidir” –

Paşinyan sabiq baş qərargah rəisini hədələdi
05 İyun 2021 - 16:41

“Ermənistan ordusunun sabiq Baş qərargah rəisi Onik Qasparyan Şuşaya görə cavab verməlidir”.

Azpost.info bildirir ki, bu barədə baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan vətəndaşlarla görüşü zamanı bildirib. Onun sözlərinə görə, Qasparyan Şuşaya görə məhkəmə qarşısında durmalıdır. “O cavab versin görüm, Şuşaya göndərilən hərbi hissə niyə ora 2 sutkadan sonra çatıb?”

Qasparyana etimadı ilə bağlı ittihamarı cavablandıran Paşinyan deyib ki, seçiminin izahı var: “Mən başqa ölkədən general gətirməyəcəkdim ki! Onu bizim generalların sırasından seçməli idim. Mən hərbçilərlə məsləhətləşdim və onlar iki nəfərin adını çəkdilər. Mən də onları təyin etdim. Havadan götürüb bunu eləməmişəm”.