Qaydaları pozan 8 min əcnəbi vətəndaş ölkədən çıxarılıb –

Həzi Aslanov
18 May 2020 - 11:46

Keçən il ölkədə olma və yaşama qaydalarını pozan 11564 əcnəbi müəyyənləşdirilərək inzibati məsuliyyətə cəlb edilib.

Bunu Milli Məclisin İnsan Hüquqları və Hüquq və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının (2019) müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov deyib.

O bildirib ki, 8093 nəfərin respublikanın hüdudlarından inzibati qaydada çıxarılması təmin olunub.