Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Qayğı və Himayə” Xeyriyyə Fondu yeni layihənin icrasına start verir

User 09 May 2024 - 13:36 (Last updated: 21 May 2025 - 20:15)
qa01

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi verdiyi, “Qayğı və Himayə” Xeyriyyə Fondu tərəfindən həyata keçirilən “Vətənpərvərlik tərbiyəsinin inkişafı” layihəsinin icrasına başlanılıb.

2 ay müddətində həyata keçiriləcək ədəbi-kreativ layihə haqqında fondun rəhbəri Gülayə Rzayeva açıqlama verib.  G.Rzayevanın bildirdiyinə görə, reallaşdırılacaq ikiaylıq  layihə 1 may – 31 iyun 2024-cü il tarixlərini əhatə edəcək və məhsuldar fəaliyyət planı ilə fərqlənəcək.

Bildirilib ki, gənclər hər zaman fərqliliyi, modernliyi sevir: bu baxımdan da, Böyük Zəfərdən bizi illər ayırdıqca, yeni nəsilin əsl vətəndaş kimi formalaşmasında Qarabağ mübarizəmizin, qanlar və canlar hesabına qazanılan Qələbə, eləcə də antiterror əməliyyatındakı hərb sənətinin uğurlarını – enerjisini Azərbaycanın inkişafına yönəltmək üçün yeniyetmə və gənclər üçün yeni trend – memlər formasında, Vətəndar (hökümdar anlayışına bənzədilir) trendinin populyarlaşdırmaqla, ideoloji fəaliyyətləri gücləndirilir.

Layihə çərçivəsində ölkəmizin müxtəlif bölgəsindən olan 5 şəhid ailəsi və 5 müharibə veteranının dəyərli həyat hekayəsi kitab və onun elektron formasında gənclərə motivasiya verilməsinə istiqamətləndiriləcək. İctimai-humanitar fikrimizdə yeni trend vətəndar – vətəni sevmək, dardaykən Azərbaycan üçün canından keçmək, dünyanın harasından yaşamasından asılı olmayaraq, özünü vətəndar sayıb, ölkəmizin, xalqımızın inkişafına, Qarabağın dirçəlməsinə yardımçı olacaq yeni nəslin mənəvi-əxlaqi, intellektual-kreativ yetişməsinə çalışmaları üçün gənc nəslin mənəvi cəhətdən hazırlanması layihənin əsas fəlsəfəsini təşkil edir.

Layihə icraçıları vətənpərvərlik sahəsində yeni trend – mem ortaya qoymağa, vətəndar anlayışını populyarlaşdırmağa çalışacaqlarını bildirirlər. Gənclər ilə müharibə şəhidlərinin ailə üzvləri və veteranların yaxından ünsiyyəti yaratmaqla ortadakı ictimai-sosial biganəlik aradan qaldırılmasına çalışılacaq. Qarabağa qayıdış prosesinə dəstək veriləcək, hələ də o yerləri görməyənlərə dayaq durulacaq. Vətənpərvərlik mövzusunda 2 fərqli nəşr, kağız toplu, onun elektron variantı çapa hazırlanacaq, təqdimat mərasimləri vasitəsilə yeni nəsil oxuculara müsbət dəyərlər açılanacaq.

Əsas fəaliyyətlər paytaxt Bakıda həyata keçiriləcək. Kitab üçün materiallar toplanan, müxtəlif bölgələrə səfərlər təşkil olunacaq, eləcə də İnternet və sosial şəbəkələr vasitəsi ilə respublika ərazisində və soydaşlarımız yaşayan dünya ölkələrində. Milli-mənəvi və ideoloji işlərin mərkəzi paytaxrt olduğuna görə əsas fəaliyyət buradan qurulacaq. İnternetüstü fəaliyyətlər isə az məsrəflərlə ölkəni  və dünyada yaşayan 55-60 milyonluq soydaşlarımızın yaşadığı məkanları əhatə etmək mümkündur. Eyni zamanda kitab üçün materiallar hazırlanan  zamanı 10 ailənin yaşadığı bölgələrə baş çəkiləcək, qəhrəmanların yaşadığı yerlər, oxuduğu məktəblər, basdırıldığı torpaqlar ziyarət ediləcəkdir ki, bu da layihənin real tədbirlər silsiləsini təşkil edəcəkdir.

Gənc nəslin qəbul etdiyi modern, qısahəcmli, audi-vizual və tez yaddaqalan ədəbi nümunələrin, vizual-virtual formatlı məhsullar ortaya qoymağı nəzərdə tutan layihə sadalanan məsələlərin ictimailəşdirilmək məqsədi güdür. Layihə ənənəvi – ədəbiyyat  və yeni vizual formaları özündə birləşdirməklə məktəblilər, yeniyetmələr, gənclər və tələbələr, eləcə də diaspor gəncləri arasında hərbi-vətənpərvərliyi gücləndirməyi, yeni texnoloji-estetik alətlərdən yararlanmağı nəzərdə tutulur.

Post navigation

Previous: Rusiyanın nüvə təlimlərinə Belarus da qoşulacaq
Next: Antalyada təyyarə təkərinin partlaması nəticəsində gövdəsi üzərinə enib

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.