“QAZ-21”, “Niva”, Peterburqda qaraj və quru maaş –Putinin gəlirləri və əmlakı açıqlandı 

Rusiya Mərkəzi Seçki Komissiyası prezident Putinin gəlirlərini açıqlayıb. 

Azpost.info bildirir ki, Putinin gəlir və əmlak bəyannaməsi MSK-nın saytında dərc edilib.

Dövlət başçısı və prezidentliyə namizəd Vladimir Putin 6 ildə 67,5 milyon rubldan çox qazanıb.

Rusiya lideri gəlir mənbələrini əmək haqqı, bank depozitlərindən və qiymətli kağızlardan gəlirlər, hərbi pensiya və əmlak satışı kimi sadalayıb. 2017-2022-ci illər arasında Putin 67,5 milyon rubldan çox qazanıb. Onun həmçinin 54 milyon 416 min 604,52 rubl məbləğində 10 bank hesabı var.

Qeydə alınmış namizədin bəyannaməsindən Rusiya Prezidentinin əmlakı da məlum olub. Putinin 77 kvadratmetr sahəsi olan bir mənzili, Sankt-Peterburqda bir qarajı var. Bundan başqa, dövlət başçısının üç avtomobili -“QAZ M21” (1960), “QAZ M21” (1965) və “Niva” (2009), habelə qoşqusu var.

Putinin seçki qərargahının mətbuat katibi Aleksandra Suvorova “Kommersant”a verdiyi gəlir bəyannaməsini şərh edərkən bildirib ki, onun 6 illik gəlirinin məbləği əsasən maaşdan ibarətdir. “Namizədin əmanətinin məbləği onun gəlirinə uyğundur”.

Bir gün əvvəl Mərkəzi Seçki Komissiyası Putinin Rusiya prezident seçkilərində rəsmən namizəd olduğunu açıqlayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.