Qazaxın nəzarətə götürülən kəndlərindən Prezidentə məruzə olundu –Azərbaycan bayrağı qaldırıldı /VİDEO

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub.

Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağı ucaldılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşündə imzalanmış Protokola əsasən, delimitasiya işləri aparılıb. Nəticədə 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

 

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

 

 

 

Əvvəlki məqalə

ABŞ Haaqa Məhkəməsinin rəsmilərinə sanksiya tətbiq edə bilər

Sonrakı məqalə

Müdafiə Nazirliyinin Maliyyə İdarəsinə yeni rəis təyin edilib