Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Qazaxıstan Avropaya neft ixracını artırmağa hazır olduğunu bəyan edib

User 17 Sentyabr 2024 - 07:54 (Last updated: 21 May 2025 - 20:15)
tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Avropa İttifaqına enerji resursları ixracını artırmağa hazır olduğunu bəyan edib.

Bu bəyanat Astanada keçirilən Qazaxıstan – Almaniya biznes forumunda səsləndirilib.

Onun sözlərinə görə, Qazaxıstan Avrasiyada ikinci kəşf edilmiş ən böyük neft ehtiyatlarına malikdir və dünya bazarlarına enerji resurslarının iri tədarükçüsüdür.

“Nəzərə alsaq ki, Qazaxıstanın neft ixracının 70 faizi Avropa İttifaqının payına düşür, ölkəmiz ixrac imkanlarını artırmağa və qlobal enerji resursları çatışmazlığının azaldılmasına kömək etməyə hazırdır”, – deyə o bildirib.

Prezidentin sözlərinə görə, Qazaxıstanın strateji mövqeyi onu Avrasiyada ticarət və logistikanın əsas regional mərkəzinə çevirir.

O qeyd edib ki, Orta Dəhliz hazırda 10 milyon ton yükdaşıma potensialı ilə Avropaya ən qısa və etibarlı marşrutdur.

Kasım-Jomart Tokayev Orta Dəhlizi Trans-Avropa nəqliyyat şəbəkəsi və Aİ-nin “Global Gateway” təşəbbüsü ilə əlaqələndirməyi təklif edib ki, bu da Şərq və Qərb arasında artan ticarət həcmini dəstəkləyəcək.

Prezident qeyd edib ki, ötən il Qazaxıstan və Almaniya arasında ikitərəfli ticarət dövriyyəsi 41% artaraq 3,9 milyard dollar təşkil edib. Almaniyanın birbaşa investisiyaları da 64% artaraq rekord səviyyə olan 770 milyon dollara çatıb.

“Ümumi dəyəri 55 milyard dollar olan 66 birgə investisiya layihəsindən ibarət kompleks portfel üzrə razılaşmalar əldə olunub”, – deyə Prezident bildirib. (Azərtac)

Post navigation

Previous: Tramp sui-qəsdə görə Bayden və Harrisi günahlandırdı
Next: AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli istefa verib

Oxşar xəbərlər

valyuta
  • İqtisadiyyat

Dolların bu günə olan məzənnəsi

User 20 Noyabr 2026 - 09:25
qida01
  • İqtisadiyyat

Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – Qiymətlərdəki artımın detalları

User 19 Noyabr 2026 - 13:49
Bank Respublika
  • İqtisadiyyat

Bank Respublika-nın yeni səhmdarları kimlərdir? – Açıqlama

User 19 Noyabr 2026 - 11:51

xƏBƏR

kulek
  • Sosial

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

User 21 Noyabr 2026 - 16:58
Noyabrın 22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb su polisi
  • Sosial

Qızılağac qoruğunda balıq tutan şəxs saxlanılıb

User 21 Noyabr 2026 - 15:16
Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib ilham xanim vyetnam
  • Siyasət

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

User 21 Noyabr 2026 - 15:10
“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan pasinyan01
  • Dünya

“Sabah TRIPP proqramının başlanmasını rəsmən elan edəcəyik” – Paşinyan

User 21 Noyabr 2026 - 15:08
Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin” putin kustirtisa01
  • Dünya

Putin ukraynalı hərbçilərə çağırış etdi – “Bizim tərəfə keçin”

User 21 Noyabr 2026 - 13:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.