Qazaxıstan öz neftini Krım istiqamətinə göndərilməsinə qadağa qoyub.
Azpost.info bildirir ki, bu barədə Röyter məlumat yayıb. Xəbərdə deyilir ki, “Qazaxıstan dəmir yolları”nın administrasiyası Rusiyanın Qara dənizdəki Taman limanına neft məhsullarının daşınmasını qadağan edib.
Dəmiryolu rəhbərliyinin yük daşımaçılarına göndərdiyi teleqramda deyilir ki, qadağa mayın 8-dən qüvvəyə minir.
Bu qərarın səbəbi göstərilməyib.
Azpost.info