Qazaxıstan öldürülən Azərbaycan vətəndaşının ailəsinə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi açıqlama yayıb.

“Report”a daxil olan açıqlamada deyilir:

“Bu il aprelin 30-da Xəzər dənizində Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan vətəndaşlarının saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində həyatını itirmiş Qəhrəman İbrahimovun nəşi mayın 5-də ölkəmizin diplomatik nümayəndəliyinin iştirakı ilə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Manqistau əyaləti üzrə Sərhəd Xidmətininin hərbi gəmisi ilə Azərbaycan tərəfinə təhvil verilməsi məqsədilə yola düşüb. Vətəndaşımızın nəşi Xəzər dənizinin ümumi su məkanında bu gün Azərbaycan Sərhəd Xidmətinin hərbi gəmisinə təhvil veriləcək. Azərbaycan ərazisinə gətirildikdən sonra vətəndaşın nəşi ailəsinə veriləcək.

Qeyd etmək istərdik ki, Qazaxıstan Xarici İşlər Nazirliyindən Azərbaycan Xarici İşlər Nazirliyinə daxil olmuş notada baş vermiş insident zamanı həyatını itirmiş Azərbaycan vətəndaşı Qəhrəman İbrahimovun ailəsinə başsağlığı bildirilir, eləcə də Qazaxıstan tərəfindən sözügedən insidentin hərtərəfli və obyektiv araşdırıldığı və nəticələr barədə Azərbaycan tərəfinin məlumatlandırılacağı qeyd olunur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağstafada ana və 4 yaşlı qızı itkin düşüb

Sonrakı məqalə

Ərdoğan: