Qazaxıstan prezidenti Azərbaycan və Ermənistanı danışıqlara başlamağa çağırıb

Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Azərbaycan və Ermənistanı danışıqlara çağırıb. 

Azpost.info bildirir ki, bu barədə prezidenti KTMT-nin iclasında çıxışı zamanı bildirib.  Məlumatı Qazaxıstan prezidentinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, KTMT-nin bu gün keçirilən iclasında Ermənistanın Baş naziri Paşinyanın Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı məlumatı dinlənilib.

İclasda çıxış edən Qazaxıstan prezidenti münaqişənin yalnız siyasi-diplomatik yollarla həllinin zərurliyini bildirib. Tokayev vəziyyətin sabitləşməsi üçün bütün mümkün tədbirlərin görülməsinə çağırıb. Dövlət başçısı gücdən istifadədən imtina etməyə, dərhal danışıqlara başlamağa çağırıb“-deyə açıqlamada vurğulanıb.

Əvvəlki məqalə

Ərdoğan İlham Əliyevə zəng etdi –

Sonrakı məqalə

Səlcuq Bayraktar Azərbaycana başsağlığı verib