Bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İbrahim Rəisinin dəvəti ilə İrana rəsmi səfərə gəlib.
İranın Prezident Administrasiyasının açıqlamasına istinadla xəbər verir ki, səfər çərçivəsində prezidentlərin görüşü ilə yanaşı, Kasım-Jomart Tokayevin İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi ilə də görüşü nəzərdə tutulub.
Eyni zamanda, İran ilə Qazaxıstan arasında tranzit, ticarət, nəqliyyat, kənd təsərrüfatı, neft-qaz, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlər imzalanacaq.
Prezidentlərin görüşündə regional təhlükəsizlik məsələsi də müzakirə mövzusu olacaq.