Qazaxıstan Prezidenti İrana getdi –Xamneyi ilə görüşəcək

Bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İbrahim Rəisinin dəvəti ilə İrana rəsmi səfərə gəlib.

İranın Prezident Administrasiyasının açıqlamasına istinadla xəbər verir ki, səfər çərçivəsində prezidentlərin görüşü ilə yanaşı, Kasım-Jomart Tokayevin İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi ilə də görüşü nəzərdə tutulub.

Eyni zamanda, İran ilə Qazaxıstan arasında tranzit, ticarət, nəqliyyat, kənd təsərrüfatı, neft-qaz, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq haqqında sənədlər imzalanacaq.

Prezidentlərin görüşündə regional təhlükəsizlik məsələsi də müzakirə mövzusu olacaq.

Əvvəlki məqalə

“Əhalinin rifahı pisləşir…Son 15 ildə bu müşahidə edilməmişdi” –

Sonrakı məqalə

Qlobal Bakı Forumunun iştirakçıları Şuşaya gəliblər