Qazaxıstan Senatının sədri Azərbaycana gələcək

31 Yanvar 2020 - 15:09

Qazaxıstan Senatının sədri Dariqa Nazarbayeva 2020-ci ildə Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu Qazaxıstan Xalq Assambleyasının sədr müavini Janseyit Tuymebayev deyib.

O bildirib ki, Qazaxıstanla Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir və bu, qarşılıqlı səfərlərlə xarakterizə olunur:

“Təkcə bu həftə ərzində Bakıya Qazaxıstandan üç nümayəndə heyəti səfər edib, ötən il Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev Bakıda keçirilmiş Türk Şurasının sammitində iştirak edib, dekabrda isə Qazaxıstan Məclisinin sədri Nurlan Niqmatulinin səfəri baş tutmuşdu”.