Qazaxıstan hökuməti Ukraynadakı səfirliyinin əməkdaşlarını Polşaya köçürüb.
Azpost.info xəbər verir ki, Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi bildirib ki, söhbət, ölkənin Kiyevdəki diplomatik missiyasının əksər nümayəndələrindən gedir.
“Diplomatların əksəriyyəti Varşavaya köçürülüb. Hazırda ölkənin Ukraynadakı səfirliyi Polşanın paytaxtından öz fəaliyyətini davam etdirir”, – Tleuberdi deyib.
Tleuberdi Varşavaya köçürülən diplomatların sayını açıqlamayıb.
Azpost.info