Qazaxıstan və Özbəkistan prezidentləri Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcəklər.
Azpost.info bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.
“Sizə böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, iki yaxın dövlətin hörmətli liderləri də təntənəli mərsimdə iştirak üçün Moskvaya gələcəklər. Qazaxıstan prezidenti Kasım-Jomart Kemeleviç Tokayev və Özbəkistan prezidenti Şavkat Miromonoviç Mirziyoyev”, – deyə Uşakov bildirib.
Uşakov xatırladıb ki, Rusiya rəhbərliyi bu təntənəli mərasimdə iştirak üçün dəvət göndərməyib.
“Biz Qələbə Gününün sevincini bizimlə bölüşmək istəyən liderləri Moskvada qarşılamaqdan məmnunuq”, – deyə Kremlin sözçüsü vurğulayıb.