Ermənistan, Qazaxıstan və Honq-Konq bankları paralel idxal vasitəsilə tədarük edilən prosessorlar, mikrosxemlər və digər elektronika üçün Rusiya şirkətlərinin ödənişlərini bloklamağa başlayıb.
Azpost.info xəbər verir ki, bu barədə “Kommersant”a elektronika bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, bu, Rusiya ilə əməkdaşlıq edən bankları təhdid edən ABŞ sanksiyalarının onuncu paketi ilə bağlıdır.
Hökumətə yaxın mənbə deyib ki, ödənişin bloklanması ən son nəsil telekommunikasiya avadanlıqlarının, həmçinin məlumatların saxlanması sistemləri və serverlərinin tədarükü zamanı baş verir.
Rusiya Bankından bildiriblər ki, xarici banklar üçün uyğunluq prosedurları onların daxili siyasətindən asılıdır və müxtəlif dövrlərdə müxtəlif dərəcədə sərtlik ilə xarakterizə oluna bilər.
“İstehsalçı ölkədən birbaşa komponentlər, ehtiyat hissələri, kompüterlər və s. almaq mümkün deyil. Üçüncü ölkələr vasitəsilə almaq isə getdikcə çətinləşir. Ona görə də altı ay və ya bir ildən sonra biz sanksiya olunmuş məhsulların çatışmazlığı ilə üzləşə bilərik”, – “Optimalog” logistika şirkətinin baş direktoru Georgi Vlastopulo bildirib.
Azpost.info
