Qazaxıstana ordu yeritmiş dövlət başçıları sabah görüş keçirəcək

09 Yanvar 2022 - 14:22

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin videokonfransı ilkin olaraq bazar ertəsinə planlaşdırılıb.

“RİA Novosti”-nin məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. “Sabah KTMT-nin ilkin iclasının keçirilməsi planlaşdırılır”, – deyə məlumatda qeyd olunur.

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Vladimir Putinlə telefon danışığında bildirmişdi ki, Ermənistan təşkilatın hazırkı sədri olaraq KTMT Şurasının iclasını çağırır. Bu təkliflə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib.