“Qafqazda münasibətlərin normallaşması Azərbaycanın zəfərindən sonra başladı”

“Biz olmadan alınan qərarlar uğursuz olur, bizə qarşı addımlar atıla bilinmir. Bunu həm masa arxasında, həm də döyüş meydanında göstərdik”.

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu hakim partiyanın (Ədalət və İnkişaf Partiyası) toplantısında deyib.

Nazir qeyd edib ki, Türkiyənin xarici siyasətinin inkişafını görmək üçün sadəcə keçən bir ilə nəzər yetirmək kifayətdir.

“Qafqazda münasibətlərin normallaşması baş verdi. Azərbaycanın Qarabağ müharibəsi zamanı torpaqlarını geri qaytarmaq üçün başlatdığı əməliyyatlar və onların nəticəsi olan Zəfərdən sonrakı normallaşmadan bəhs edirəm”, – deyə o bildirib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstana ordu yeritmiş dövlət başçıları sabah görüş keçirəcək

Sonrakı məqalə

Qazaxıstanda 164 nəfər həlak olub