Qazaxıstanda aksiyalarda çıxış edən məşhur avtoritet “Arman Dikiy” saxlanılıb –

VİDEO
07 Yanvar 2022 - 16:32

Qazaxıstanda məşhur kriminal avtoritet Arman Cumageldiyev saxlanılıb.

RİA Novosti-nin məlumatına görə, daha çox “Arman Dikiy” ləqəbi ilə tanınan avtoritetin kütləvi iğtişaşlarla bağlı saxlanıldığı bildirilib.

Hadisə ilə bağlı ətraflı məlumat verilmir.

Xatırladaq ki, sosial şəbəkələrdə yayılmış videolarda “Arman Dikiy”in kütlə qarşısında çıxış etdiyi əks olunub.