Qazaxıstanda “AN-26” təyyarəsi qəzaya uğrayıb

13 Mart 2021 - 17:33

Qazaxıstanda sərhəd xidmətinə məxsus “AN-26” təyyarəsi qəzaya uğrayıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, qəza Alma-ata aeroportunda baş verib.

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə məxsus təyyarənin göyərtəsində olan altı nəfərin taleyi hələ ki, naməlumdur. Ehtimallara görə, təyyarə uşuş-eniş zolağında qəzaya düşüb.

Hadisə yerinə dərhal xilasedicilər göndərilib.