Qazaxıstanda Putini dəstəkləyən deputatın mandatı əlindən alınır- Partiyadan da qovulub

Rusiya prezidenti Vladimir Putinin siyasətini və Ukraynaya hərbi müdaxiləni dəstəklədiyini deyən Qazaxıstan parlamentinin deputatı Azamat Abildayev üzvü olduğu “Ak Yol” partiyasından xaric edilib.

Azpost.info xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Partiyadan bildiriblər ki, Abildayevin deputat mandatına xitam verilməsi ilə bağlı MSK-ya müraciət olunub.

““Ak Yol” partiyası həmişə respublikamızın və digər dost dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edir və dəstəkləyir”, – partiyanın bəyanatında qeyd olunur.

Məsələyə münasibətində Abildaev partiya sıralarından xaric edilməsi qərarı ilə razılaşdığını deyib: “Onlarla razıyam. Mənim heç kimə qarşı incikliyim yoxdur. Biz bir şeyi başa düşməliyik – “milli vətənpərvərlər” demək, “milli” sözünü təkrarlamaq olar. Əsas odur ki, Ukrayna kimi olmayaq”.

Azpost.info

Əvvəlki məqalə

MEDİA İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı açıqlama yayıb

Sonrakı məqalə

“Evlənmək istəyirəm”