Qazaxıstanda terrorçu kimi saxlanılan qırğız caz musiqiçisi azad edilib

Qazaxıstanın Almatı şəhərindəki iğtişaşlara qatıldığı iddiası ilə saxlanılan tanınmış qırğız musiqiçi Vikram Ruzaxunov ölkəsinə dönüb.

Almatı şəhərindən Bişkekə quru yolu ilə qayıdan qırğız musiqiçi Vikram Ruzaxunovu Qırğız-Qazax Ağyol Gömrük Məntəqəsində ailəsi, rəsmi şəxslər və jurnalistlər qarşılayıb.

Ruzaxunov dövlət televiziyasına açıqlamasında dönməsinə kömək olan Milli Təhlükəsizlik Dövlət Komitəsinə, Daxili və Xarici İşlər nazirliklərinə, eləcə də, ona dəstək verən hər kəsə təşəkkür edib.

“Yanlış zamanda yanlış yerdə olduğuma görə ogünkü şərtlərin qurbanıyam. Üzümdəki qaraltı və şişlər əsgərlər tərəfindən saxlanılanda olub”, – o bildirib.

Ruzaxunov qeyd edib ki, deportasiya edilməsi üçün əleyhinə olan ittihamları qəbul edib, əslində isə heç bir nümayişdə iştirak etməyib.

Qeyd edək ki, Ruzaxunov pul qarşılığında nümayişlərə qatılmaq üçün Qazaxıstana gəldiyi iddia edilərək, terrorçu kimi  Almatıda saxlanılmışdı. Buna görə Qırğızıstan Qazaxıstana nota vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa Parlamentinin sədri vəfat edib

Sonrakı məqalə

Ərdoğan Azərbaycanla qaz müqaviləsini təsdiqləyib