Qazaxstanda etiraz aksiyalarının 4500 iştirakçısı saxlanılıb

İndiyə qədər Qazaxıstanda etiraz aksiyalarında iştirak edən 4000 nəfərdən çox şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, hazırda ölkənin müxtəlif regionlarında aksiyalarda iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması davam edir və indiyə qədər 4404 nəfər saxlanılıb.

Nazirlik bildirib ki, Aktobe şəhərində və bölgədə hüquq-mühafizə orqanlarının əməkdaşları ictimai asayişin mühafizəsini təmin edir və bu bölgədə vəziyyət tam nəzarət altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident 10 yanvarı Qazaxıstanda matəm günü elan edib

Sonrakı məqalə

“Rusiya desant qoşunlarının yeni birləşmələri Qazaxıstana daxil olub” –