Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Qərbi Azərbaycan İcması “Deutsche Welle”-nin Qarabağla bağlı verilişinə münasibət bildirib

User 31 Mart 2025 - 20:52 (Last updated: 21 May 2025 - 20:15)
67eac69ed4fd767eac69ed4fd81743439518876e14db7485bbc2da7e2a0febf77ca7

“Biz, Qərbi Azərbaycan İcması olaraq, Almaniya Federativ Respublikasına məxsus, “Alman Dalğası” (Deutsche Welle) ictimai yayımçı qurumu tərəfindən 30 mart 2025-ci ildə efirə verilmiş “Ermənistanın Qafqazda torpaq və kimlik uğrunda mübarizəsi” adlı verilişi qətiyyətlə pisləyirik. Bu veriliş jurnalistika standartlarının kobud şəkildə pozulması, dezinformasiyanın yayılması, irqi ayrı-seçkilik və xalqlar arasında nifrətin qızışdırılması baxımından ciddi narahatlıq doğurur.”

APA xəbər verir ki, bu sözlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında yer alıb.

Bəyanatda deyilir:

“İlk növbədə, veriliş Azərbaycan xalqının əzablarını tamamilə göz ardı edərək, tarixi faktları təhrif edir. Keçmiş münaqişə ilə bağlı tarixçəsi tam şəkildə radikal erməni millətçilərinin narrativinə uyğun verilib.

Verilişdə Ermənistandan azərbaycanlıların tamamilə etnik təmizləməyə məruz qalması, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, oradan 800 mindən çox azərbaycanlını öz yurd-yuvalarından didərgin salması, 1000-ə yaxın Azərbaycan şəhər və kəndinin viran qoyması, ölkəmizin ərazilərinin böyük bir hissəsini minalarla çirkləndirməsi və 150 milyard ABŞ dollarından çox ziyan vurması faktları gözardı edilir. Keçmiş münaqişə zamanı 20 mindən artıq azərbaycanlının qətlə yetirilməsi, 4000 nəfərin hələ də itkin düşməsi və Ermənistanın öz ərazisindən zorla çıxardığı yüz minlərlə azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına imkan verməməsi kimi mühüm məqamlar da görməzdən gəlinir. Bu, jurnalistikanın obyektivlik və həqiqət prinsipinin açıq-aşkar pozulmasıdır.

Verilişin tonu dini təəssübkeşliyə söykənir və azərbaycanlılara qarşı qərəzli bir yanaşma sərgiləyir. Xüsusilə ikrah doğuran hal odur ki, azərbaycanlı qaçqınların görüntüləri ermənilər kimi təqdim olunaraq izləyicilər aldadılır. Bu cür manipulyasiya yalnız dezinformasiyanı yaymaqla kifayətlənmir, həm də ermənilər və azərbaycanlılar arasında sülhə əngəl törətməyə xidmət edir. Hesab edirik ki, bəzi Avropa kütləvi informasiya vasitələrində davamlı şəkildə yol verilən bu hallar Azərbaycan xalqının heysiyyatına toxunmaq üçün qəsdən edilir. Xatırladaq ki, bundan əvvəl fransız-alman “Arte” ictimai yayımçısı da eynişəkildə azərbaycanlı qaçqınların görüntülərini ermənilər kimi təqdim etmişdi.

Biz Qərbi Azərbaycan İcması olaraq hesab edirik ki, “Deutsche Welle”-nin bu verilişi təkcə jurnalistika etikasını ayaqlar altına almır, həm də regionda sülh və barışıq səylərini zədələyərək, sülhə mane olmaq məqsədi daşıyır. Beynəlxalq miqyasda fəaliyyət göstərən media qurumunun ondan gözlənilən obyektivlik və məsuliyyət əvəzinə, bu cür birtərəfli və təhrif edilmiş yanaşma sərgiləməsi qəbuledilməzdir. “Deutsche Welle” nifrət və irqi ayrı-seçkilik xarakterli bu verilişi özünün ictimai resurslarından yığışdırmalı və Azərbaycan xalqından üzr istəməlidir.”

Post navigation

Previous: Netanyahunun sözçüsü və müşaviri həbs olunub
Next: Ərdoğan Makronla danışdı

Oxşar xəbərlər

savkat baki
  • Ölkə

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Bakıya gəlib

User 14 Oktyabr 2026 - 18:59
tokayev
  • Ölkə

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəldi

User 14 Oktyabr 2026 - 17:38
mudir esebi zeher
  • Ölkə

Mübahisədən sonra ən çətin barışan bürclər

User 13 Oktyabr 2026 - 15:27

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.