QHT fəalı Qazaxdan deputatlığa namizədliyini irəli sürüb

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar  parlament seçkilərində namizədliyini irəli sürən vətəndaş cəmiyyəti təmsilçilərinin sayı artmaqdadır.  Tanınmış vətəndaş cəmiyyəti fəallarından “Qərb-resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov da bu namizədliyini irəli sürüb. R.Göyüşov 107 saylı  Qazax seçki dairəsindən namizədliyini qeyd alınması üçün imza vərəqələrini  DSK-ya  təqdim edib. 
R.Göyüşov bildirib ki,  “Qərb-resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İB  uzun müddətdir ki, bölgədə fəaliyyət göstərir və əsas etibarı ilə sosial layihələr həyata keçirir. Bu layihələrin əsas məqsədi  sadə insanların, əhalinin aztəminatlı hissəsinin problemlərinin həllinə  dəstək verilməsidir.  İctimai Birliyə çoxsaylı müraciətlər daxil olur,  insanlar öz problemlərini  diqqətə çatdırırlar, dövlət orqanlarından digər ünvanlardan ümidsiz qayıdan vətəndaşlar üçün təşkilat öz imkanları çərçivəsində ictimai vəkillik edir.
Əhalinin üzləşdiyi problemləri müvafiq dövlət orqanları qarşısında qaldırır, həmçinin bölgənin iqtisadi inkişafı, insanların sosial rifahının yaxşılaşması üçün təkliflər, təşəbbüslər irəli sürür: “Vətəndaşlarımızın, yaşadığımız bölgənin problemlərinin həlli üçün effektiv ictimai vəkilliyə, problemlərin araşdırılması, çıxış yollarının təklif edilməsi, mövcud resurslardan səmərli istifadə olunması üçün təşəbbüskarlığa ehtiyac var.  Vətəndaş cəmiyyəti, sədri olduğum İctimai Birlik artıq çox uzun müddətdir ki, bu istiqamətdə fəal işləyir, yerli sakinlər arasında bu fəaliyyətlərə görə etibar qazanıb.  Növbədənkənar parlament seçkilərində iştirak etməyə qərar verməyimdə insanların müraciətləri, ictimai rəy liderlərinin  tövsiyyəsi  səbəb oldu. Seçki kampaniyasında  insanların üzləşdiyi çətinlikləri, bölgənin problemlərinin inkişafı problemlərini gündəliyə gətirəcəyəm. Çalışacağam  bu məsələlər gündəliyə gəlsin, müvafiq təşəbbüslər edilsin”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Vətəndaşlar məntəqələrdə baş verən hadisələrlə bağlı DSK-lara müraciət etsinlər” –

Sonrakı məqalə

Qubad İbadoğlu: