Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

QHT həssas sosial qruplar üçün peşə kursları təşkil edib

User 28 İyul 2025 - 12:10 (Last updated: 29 İyul 2025 - 13:15)
he01

Regionlarda həssas sosial qrupların əmək bazarına inteqrasiyasına dəstək layihəsi uğurla davam etdirilir.

Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 may 2025-ci il tarixindən etibarən “Regionlarda həssas sosial qrupa aid şəxslərin əmək bazarına inteqrasiyası” adlı sosial layihənin icrası uğurla davam edir.

Bu barədə layihə rəhbəri Mirzə Məmmədvəliyev məlumat verib.Onun sözlərinə görə, layihə 3 ay müddətində Sumqayıt şəhərində həyata keçirilir və əsas məqsədi müharibə iştirakçıları, qazilər və əlilliyi olan şəxslər kimi həssas əhali qruplarının məşğulluq imkanlarını artırmaq, onların sosial reabilitasiyasını dəstəkləmək və əmək bazarına inteqrasiyasını təmin etməkdir.

Layihə çərçivəsində bu kateqoriyaya aid xanım iştirakçılar üçün dərzilik və dizaynerlik üzrə peşə hazırlığı kursları təşkil olunmuşdur. Kurs müddətində iştirakçılar parça üzərində biçmə, tikmə və dizayn üzrə nəzəri və praktiki biliklərə yiyələnirlər.

Layihənin sonunda kursu uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq və onların məşğulluğunun təmin edilməsi üçün müvafiq addımlar atılacaq. Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi bu kimi təşəbbüslərlə həssas qrupların sosial-iqtisadi həyatda fəal iştirakını təşviq etmək, onların cəmiyyətə inteqrasiyasına və dayanıqlı gəlir mənbəyinə sahib olmalarına dəstək vermək niyyətindədir.

AzPost.az

Post navigation

Previous: Yeməyin tərkibində qəzəb və stressi azaldan maddənin adı açıqlanıb
Next: Ukrayna SSRİ və NATO-nun imzaladığı müqavilədən imtina edib

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.