Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

QHT layihə ilə bağlı yekun tədbirini keçirib

User 31 İyul 2025 - 18:57 (Last updated: 01 Avqust 2025 - 12:00)
te01

“Azərbaycan Valideyn- Müəllim Assosiasiyası” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Təhsilalanların davranışlarında sosial-ictimai məsuliyyətinin artırılması” layihəsinin növbəti yekun tədbiri – kulturoloji lektoriyası 31 iyul 2025-ci il tarixində Bakı şəhəri Namiq Fərəczadə adına 100 nömrəli tam orta məktəbdə keçirildi.

Tədbirdə iştirak edən şagirdlər və valideynlərlə uşaqların ailədə və təhsildə davranışları, sosial-ictimai məsuliyyəti müzakirə olunub. Uşaq səfirlərinin maraqlı çıxışları oldu. İştirakçılar müzakirələrdə şagirdlərin bəzi hallarda assosial, adekvat olmayan davranışlarının yaranma səbəbləri, təlim-tərbiyə, əxlaq və davranış, ailədaxili münasibətlər, şagirdlərin psixoloji durumu, qidalanması, informasiyaya həssaslığı, mobil smartfonların gətirdikləri asılılıq, keyfiyyətli tədrisə təsir edən amillər, valideynlərin uşaq tərbiyəsində qarşılarına qoyduqları məqsəd və vəzifələr, məktəb ailə əlaqələri və s., mövzulara dair Konstitusiyadakı hüquq və vəzifələrə toxunulub.

İntellektual və ruhi mədəniyyət, mədəniyyətin bütün sferalara təsiri, vətəndaş-şəxsiyyətin, kamil, mədəni insanın formalaşdırılmasında təhsilin, tərbiyənin, elm və maarifin rolu, ugurlu insanın mədəni inkişaf formulu barədə iştirakçılara layihə rəhbəri Şahin Rəcəbov tərəfindən geniş bilgilər verildi, suallar cavablandırıldı. İnteraktiv və səmərəli müzakirələr şəklində keçirilən görüşdə valideynlərin və uşaqların müxtəlif arzu və təklifləri səsləndirildi. Böyük maraqla qarşılanan tədbirdə valideynlər tərəfindən belə tədbirlərin davamlı olması arzulandı.

“Təhsilalanların davranışlarında sosial-ictimai məsuliyyətin artırılması” layihəsinin məqsədi müasir uşaqların davranışlarında mədəni səviyyə və ictimai məsuliyyəti artırmaq, ailə nümayəndələrin kulturoloji biliklərlə maarifləndirmək, cəmiyyət üçün yüksək mədəniyyətli, sağlam, milli ruhda sosiallaşan, vətəndaş-şəxsiyyət  yetişdirlməsinə töhvə verməkdir. Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, Bakıda 3 məktəb icmasını və 10 rayonu – Şabran, Qusar, Qax, Zaqatala, Agsu, İsmayıllı, Gəncə, Gədəbəy, Neftçala, Yardımlının ailə nümayəndələrini əhatə etmişdir. Layihə çərçivəsində Bakı və regionlar üzrə  13 kulturoloji lektoriyanın keçirilməsi nəzərdə tutulurdu.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yanaşı, layihənin icrasında tərəfdaşlarımız Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Mərkəzi və yerli İcra Hakimiyyətləri, Regional Təhsil İdarələri, Təhsil sektorları, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq nəzərdə tutulub.

AzPost.az

Post navigation

Previous: “Krokus” terrorçularına ölüm cəzası tələb olundu
Next: Sabah Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

Oxşar xəbərlər

dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Şokolad
  • Sosial

Şəkərsiz şirniyyatların gizli təhlükəsi – Dietoloqdan xəbərdarlıq

User 28 Oktyabr 2026 - 21:05
Həbs
  • Sosial

Beynəlxalq axtarışda olan Rüstəm İbrahimov Çindən Azərbaycana gətirilib

User 28 Oktyabr 2026 - 20:37

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.