Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

QHT qərbi Azərbaycana qayıdışla bağlı ekspert görüşü təşkil edib

User 29 May 2025 - 18:30 (Last updated: 29 May 2025 - 21:24)
qa06

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində növbəti ekspert görüşü fəaliyyətini icra edib. Layhə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir.

Təşkilatın rəhbəri İlqar Hüseynli tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiya çərçivə sənədi təqdim olunub.Sənədin təqdimatında əsas məqsəd bu sahədə fəaliyyət göstərən ekspertlərin rəylərini almaq və beynəlxalq təqdimat zamanı üstünlük veürilməsi məsədə uyğun hesab edilən tezisləri əldə etməkdir.

Təqdimatlarda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının maddələri,hədəf məqsədləri, Konsepsiya sənədinin beynəlxal hüquq prinsipləri çərçivəsində hazırlanması və deportasiya qurbanlarının öz ata-baba yurdlarına qayıdış mexanizmləri barədə geniş müzakirəlıər aparılmışdır.

Ekspert görüşündə Qarabağ İKTG İB-nin rəhbəri, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev önəmli təkliflərlə çıxış etmişdir. O həmçinin Qərbi Azərbaycana Qayıdış könüllülər hərəkatının yaradılması və gənclərin bu proseslərə cəlb olunmasını təklif etmişdir.

Tədbir zamanı tanınmış Vətəndaş Cəmiyyəti təmsilçiləri bu istiqamətdə çıxışlar etmiş və təkliflər səsləndirmişdirlər.Qərbi Azərbaycan İcması İdarə heyyətinin üzvü Rauf Zeyni bu sahədə fəaliyyət göstərən ekspertlərdən ibarət koalisiyanın yaradılmasını, proseslərin icrasında vətəndaş cəmiyyətinin iştirakını vacib hesab etmişdir.

İradə Rzazadə beynəlxalq təqdimatlarda müxtəlif xalqların icma üzvlərinin iştirakını,Qərbi Azərbaycanlıların əmlaklarını dəyərləndirilməsi məqsədilə prokurorluq orqanlarında aktiv şəkildə ifadələrdə iştiraka təşviq  etməyi təklif etmişdir.

Ekspert görüşündə Vüsalə Hüseynli,Əhməd Abbasbəyli, İsgəndər Sərdarlı, Lalə Sərdarlı, Mahirə Əmirhüseynli, Xatirə Vəliyeva, beynəlxalq münasibətlər sahəsində ekspert Fərhad Qəşəmli,Ziya Quliyev və digər ekspertlər tərəfindən çıxışlar edilmış və təkliflər səsləndirilmişdir.

Görüşdə QHT,Qərbi Azərbaycan İcması və dövlət orqanları arasında əməkdaşlıqların dərinləşdiririlməsi,Beynəlxalq sahədə təbliğat və təşviqat işlərinin gücləndirilməsi,gənclər,orta məktəb şagirdləri arasında Qərbi Azərbaycanda ata-baba torpaqların olması və onların adlarının,mədəni irsinin,milli ənənələrinin qorunması istiqamətdə geniş işlərin aparılması təklif edilmişdir.

Tədbirə MQHT Forumunun rəhbəri Ramil İsgəndərli və Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev  və ABŞ-ın Sülhün Kökləri Təkilatının icraçı direktoru Tacker Khun qonaq qismində qatılmışlar. Qərbi Azərbaycanadan deportasiya və bu istiqamətdə Azərbaycan QHT-lərinin fəaliyyəti qonağa çatdırılmışdır.Bu da Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının ABŞ auditoriyasına çatdırılmasında öz tövhəsini vermiş olacaqdır.

Layihə çərçivəsində növbəti fəaliyyətlər Qərbi Azərbaycan İcmasında görüş və  Belarus Respublikasının  paytaxtı Minsk şəhərində beynəlxalq konfransla davam edəcəkdir.Beynəlxalq konfransda beynəlxalq hüquq sahəsində tanınmış ekspert Ziya Quliyev Azərbaycan həqiqətlərini Belaris ictimaiyyətinə təqdim edəcəkdir.

AzPost.az

Post navigation

Previous: Azərbaycanın ixracdan ən çox qazanc götürdüyü məhsullar
Next: Azərbaycanda 100 yaşından yuxarı neçə pensiyaçı var?

Oxşar xəbərlər

infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
edliyye
  • Sosial

Ədliyyə Nazirliyinə işə qəbulla bağlı müsabiqə elan edilib – Şərtlər

User 11 Noyabr 2026 - 15:02
ipotek
  • Sosial

Adi ipoteka üçün müraciətlərin qəbulu başlayır – Tarix və saat açıqlandı

User 11 Noyabr 2026 - 14:44

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.