“Oriqami“ uşaq və yeniyetmələr ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsi çərçivəsində Sabunçu rayonu Maştağa, Nardaran və Bilgəh qəsəbələrində “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin icrasını davam etdirir.
“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin Fəaliyyət Planına uyğun olaraq 04 oktyabr 2024-cü il ildə Sabunçu rayonu Maştağa qəsəbəsi 255 № li tam orta məktəbdə pedaqoji heyətin üzvlərinin iştirakı ilə təqdimatı və 20 nəfər şagird (10 oğlan 10 nəfər qız) arasında Anket-Sorğusu keçirilib.
04.10.2024-cü il saat 11-00 – da könüllülük prinsipi əsasında, şəxsi həvəs və maraqlarına uyğun olaraq, məktəbin VIIIc sinif şagirdlərindən ibarət qrup sinif otağında toplaşıblar. Layihənin rəhbəri N.Nəcəfov müəllimlərə layihə barədə ətraflı məlumat verdi, məkiəbin İctimai lövhəsində layihənin Posterinin ümumi baxış üçün vürülduğunu bildirdi,layihə çərçivəsində hazırlanmış çap məhsulları – Sertifikat, Diplom, Roll up, stolüstü məlumat daşıyıcıları, vımpel və layihə iştirakçılarının rəğbətləndirilməsi üçün loqolu geyim dəsti loqolu hədiyyə çantası, şahmat dəstlərini, domino dəstini nümayiş etdirdi.
Müəllimlərin, iştirakçıların yaş həddi, tədbirlərdə iştirakı barədə suallarına cavab verdi. Təqdimatda 255 №-li tam orta məktəbin direktoru M.Məmmədova çıxış etdi. O, çıxışında, şagirdləri məktəbdə keçirilən ictimai tədbirlərdə fəal iştiraka çağırdı. Təqdimatda pedaqoji heyətin 9 üzvü iştirak edirdi.
255 №-li tam orta məktəbin VIIIc sinif otağında “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsi çərçivəsində məktəblilərin asudə vaxtının təşkilində meyil, maraq və həvəslərini öyrənmək məqsədi ilə Anket Sorğusu keçirildi. Şagirdlər, 20 dəqiqə ərzində, Anket Sorğunun suallarına cavab verdilər.
