Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qida əlavələri ilə bağlı özəl tibb müəssisələrinə

Orkhan Ali 19 Sentyabr 2024 - 11:34 (Last updated: 21 May 2025 - 20:15)
qida elave

Nazirlik qida əlavələrinin reseptdə yazılması ilə bağlı özəl tibb müəssisələrinə xəbərdarlıq edib.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1.1-ci maddəsinə əsasən bioloji aktiv qida məhsullarının (BAQM) reseptə yazılması qadağan olunub:

“Həmçinin, həmin Qanunun 14-1.3-cü maddəsinə əsasən, bioloji aktiv qida məhsullarının üzərində və istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuşan “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözlərinin yazılması məcburi xarakter daşıyır”.

Qeyd edilib ki, yuxarıda bildirilən sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına və neqativ hallara səbəb ola biləcək amillərin aradan qaldırılması məqsədilə özəl tibb müəssisələrində resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən buraxılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılmasının qarşısının alınması üçün Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri çərçivəsində maarifləndirici, preventiv və qanunvericiliklə müəyyən olunmuş inzibati tədbirlərin görülməsi nəzərdə tutulur.

“Elektron resept sisteminə keçid ilə əlaqədar özəl tibb müəssisələrində və aptek təşkilatlarında plan üzrə və plandankənar yoxlamaların aparılması zamanı həmin müəssisələrdə resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən yazılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılması, həmçinin belə reseptlər əsasında BAQM satışı hallarının aşkar edilməsi üçün nəzarət gücləndiriləcək”, – deyə məlumatda qeyd edilib.

Post navigation

Previous: Azərbaycanın Baş Qərargah rəisi İtaliyaya rəsmi səfərə gedib
Next: Polşada azərbaycanlı tələbə vəfat edib

Oxşar xəbərlər

raket starsip
  • Sosial

İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO

User 15 Noyabr 2026 - 13:09
hava yaqis
  • Sosial

Sabaha olan hava proqnozu

User 15 Noyabr 2026 - 12:37
ramiz qizi
  • Sosial

“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı

User 14 Noyabr 2026 - 21:33

xƏBƏR

raket starsip
  • Sosial

İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO

User 15 Noyabr 2026 - 13:09
“SpaceX” ilk dəfə “Starship” kosmik gəmisinin yuxarı pilləsini eniş zamanı uğurla tutub. Orbitdən qayıdan 52 metrlik “Starship”...
Read more about İlon Masın “SpaceX”-i tarix yazdı – “Starship” kosmik gəmisini havada tutdu / VİDEO
Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı kusner
  • Dünya

Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı

User 15 Noyabr 2026 - 12:48
Sabaha olan hava proqnozu hava yaqis
  • Sosial

Sabaha olan hava proqnozu

User 15 Noyabr 2026 - 12:37
İlham Əliyev Fələstin prezidentini təbrik edib ilham mahmud abas
  • Siyasət

İlham Əliyev Fələstin prezidentini təbrik edib

User 15 Noyabr 2026 - 12:00
Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept pehriz qida
  • Maraqlı

Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept

User 14 Noyabr 2026 - 23:07
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.