Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Qidalanmayan uşaqlarda antibiotiklərə davamlı bakteriyalar tapılıb

User 05 Avqust 2025 - 08:58 (Last updated: 05 Avqust 2025 - 08:58)
usaq yemek

“Nature Communications” jurnalında dərc olunan elmi araşdırma Nigerdə ağır qidalanma çatışmazlığı səbəbilə müalicə alan beş yaşdan kiçik uşaqlar arasında antibiotiklərə davamlı bakteriyaların geniş yayıldığını ortaya qoyub.

AZƏRTAC xəbər verir ki, tədqiqat Ineos Oksford Antibakterial Tədqiqatlar İnstitutu (IOI) tərəfindən Sərhədsiz Həkimlər (MSF) təşkilatı ilə əməkdaşlıq çərçivəsində aparılıb. Tədqiqat çərçivəsində 2016-2017-ci illərdə 1371 uşaqdan 3000-dən çox düz bağırsaq yaxması götürülərək təhlil olunub. Nəticələr antibiotiklərə davamlılıq səviyyəsinin yüksək olduğunu göstərib. Uşaqların 76 faizi bir çox antibiotiki təsirsiz hala gətirə bilən geniş spektrli β-laktamaza (ESBL) genləri daşıyan bakteriyalara sahib idi. 25 faiz uşaqlarda isə karbapenemlərə qarşı müqavimət göstərən blaNDM kimi genləri olan bakteriyalar aşkarlanıb. Tədqiqat dövründə xəstəxanaya daxil olarkən karbapenemə davamlı bakteriya daşımayan uşaqların 69 faizi xəstəxanadan çıxdıqda bu bakteriyaları daşımağa başlamışdı. Uşaqların 11 faizində isə müalicə imkanlarını ciddi şəkildə məhdudlaşdıran blaNDM geni daşıyan E. coli ST167 bakteriya aşkarlanıb. Tədqiqatçılar qeyd ediblər ki, bu bakteriyalar antibiotiklərə qarşı müqavimət (AMR) səbəbilə müalicəni çətinləşdirə bilər. Bağırsaqlarda davamlı bakteriyaların qalması uşaqlarda gələcəkdə pnevmoniya, sepsis, ishal və sidik yolları infeksiyaları kimi həyati təhlükəli vəziyyətlərə səbəb ola bilər.

Tədqiqatın aparıcı müəllifi Kirsti Sands bildirib: “Bu uşaqlar dünyada ən həssas qrupdadır. Lakin onların həyatlarını xilas edə biləcək antibiotiklərə qarşı müqavimətli bakteriyalar daşıdıqlarını görürük”.

Araşdırmada iştirak edən Kardiff Universitetindən professor Oven Spiller isə əlavə edib ki, humanitar böhranlar fonunda antibakterial müqavimətin “səssiz pandemiyası” güclənir və bu vəziyyətin qarşısının alınması üçün koordinasiyalı beynəlxalq tədbirlər və investisiyalar zəruridir.

Son olaraq, laboratoriya koordinatoru Selin Langendorf infeksiyaların qarşısının alınması və nəzarət tədbirlərinin təcili şəkildə gücləndirilməsinin vacibliyini vurğulayıb. Xüsusilə resursları məhdud olan, izdihamlı xəstəxanalarda bu bakteriyaların bir uşaqdan digərinə asanlıqla keçə bildiyi bildirilib.

Bu nəticələr humanitar böhran yaşayan regionlarda antibiotik müqavimətinə qarşı qlobal miqyasda mübarizənin gücləndirilməsinin vacibliyini bir daha gündəmə gətirir.

AzPost.az

Post navigation

Previous: Ərdoğan və Britaniyanın Baş naziri Yaxın Şərqi müzakirə ediblər
Next: Alimlər okeanın 10 kilometr dərinliyində yaşayan canlıları tapıblar

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
Sürətli hazırlanan sıyıqlar, şirniyyatlar, un məmulatları və ağ çörəyin müntəzəm istehlakı qanda şəkərin səviyyəsinin kəskin yüksəlməsinə səbəb...
Read more about Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır
İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı israil
  • Dünya

İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı

User 30 Oktyabr 2026 - 09:50
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb Milli Məclisin
  • Sosial

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

User 30 Oktyabr 2026 - 09:36
Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.