Qırğızıstan Prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfər edəcək.

APA 24.kg-a istinadən xəbər verir ki, bunu Qırğızıstan Respublikası Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Jeenbek Kulubayev deyib.

Onun sözlərinə görə, səfər aprelin 19-20-də baş tutacaq.

Qırğızıstan Prezident Administrasiyasının rəsmisi bildirib ki, dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli əməkdaşlığın qurulması perspektivlərini müzakirə edəcəklər.

Bundan başqa, Azərbaycanla Qırğızıstan arasında Strateji Əməkdaşlıq barədə Bəyannamə, həmçinin, Dövlətlərarası Şuranın yaradılması haqda Memorandumun imzalanması gözlənilir.

Əvvəlki məqalə

3 ildə orta aylıq maaş 40 faiz artıb

Sonrakı məqalə

Sağlam gözə təhlükə yaradan simptomlar hansılardır?