Qırğızıstan Prezidenti KTMT-nin sammitinə qatılmaqdan imtina edib

10 Yanvar 2022 - 10:38

Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası bu gün Moskva vaxtı ilə saat 10-da başlayacaq.

Bu barədə Qazaxıstan liderinin mətbuat katibi Berik Uali bildirib.

“Bu gün Nur-Sultan vaxtı ilə saat 13:00-da prezident Qasım-Jomart Tokayev Qazaxıstan tərəfinin təşəbbüsü ilə çağırılan KTMT Kollektiv Təhlükəsizlik Şurasının fövqəladə sessiyasında iştirak edəcək”.

Qeyd edk ki,  Qırğız Respublikasının Prezidenti Sadır Japarov KTMT-nin bu gün videoformatda keçiriləcək sammitində iştirak etməyəcək.

Sammitdə Qırğızıstan Prezidentini Baş nazir Akılbek Japarov əvəzləyəcək. Dövlət başçıları Qazaxıstandakı vəziyyəti müzakirə edəcəklər.