Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası bu gün Moskva vaxtı ilə saat 10-da başlayacaq.
Bu barədə Qazaxıstan liderinin mətbuat katibi Berik Uali bildirib.
“Bu gün Nur-Sultan vaxtı ilə saat 13:00-da prezident Qasım-Jomart Tokayev Qazaxıstan tərəfinin təşəbbüsü ilə çağırılan KTMT Kollektiv Təhlükəsizlik Şurasının fövqəladə sessiyasında iştirak edəcək”.
Qeyd edk ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov KTMT-nin bu gün videoformatda keçiriləcək sammitində iştirak etməyəcək.
Sammitdə Qırğızıstan Prezidentini Baş nazir Akılbek Japarov əvəzləyəcək. Dövlət başçıları Qazaxıstandakı vəziyyəti müzakirə edəcəklər.