Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Qırğızıstanda səhiyyə naziri və vəzifəli şəxlər niyə həbs olunub? –

User 03 İyun 2022 - 12:20 (Last updated: 21 May 2025 - 20:15)
qirqiz nazir hebs

Qırğızıstanda səhiyyə naziri Alımkadır Beyşanaliyevin və hökumətin yüksək vəzifəli şəxslərinin saxlanılması ilə bağlı bəzi təfərrüatlar məlum olub. Saxlanılanlar koronavirusa qarşı vaksinlərin alınmasında korrupsiyaya yol verməkdə və dələduzluqda ittiham olunurlar.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

“COVID-19-a qarşı vaksinlərin alınmasında korrupsiya faktı ilə bağlı cinayət işi üzrə Qırğızıstan Səhiyyə Nazirliyinin və hökumətinin məsul şəxsləri saxlanılıb. 2020-ci ilin dekabrından 2021-ci ilin sentyabrına qədər Qırğızıstan Rusiya, Çin, Azərbaycan, Qazaxıstan və müxtəlif beynəlxalq təşkilatlardan 451 560 doza koronavirus peyvəndi şəklində humanitar yardım alıb.

Bundan başqa, Çin və Rusiya ilə 6 milyon dozanın pulsuz tədarükü ilə bağlı danışıqlar aparılıb.

Səhiyyə naziri Alımkadır Beyşanaliyevin şəxsi göstərişi ilə 2021-ci ilin aprel, iyun, iyul və sentyabr aylarında özəl xarici şirkətlərdən əsassız olaraq 1 milyard 581 milyon 474 min 315 soma 2 milyon 460 min doza peyvənd alınıb. Pullar ofşor zonadakı hesablara köçürülüb. Ölkədə 3 milyon dozadan çox peyvəndin olmasına baxmayaraq, məmurlar şəxsi maraqları üçün 2 milyon 460 min doza peyvəndi alıblar. Bunlardan 243 min 223 doza yararsız hala düşüb, digərlərinin də istifadə müddəti bitib. Bununla da dövlətə 1 milyard 581 milyon som ziyan dəyib”, – prokurorluğun mətbuat xidmətindən bildiriblər.

Saxlanılanlar arasında səhiyyə nazirinin müavini Uluk-Bek Bekturqanov, Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Gülbarə İşenapısova və Dərman vasitələri və tibbi cihazlar şöbəsinin müdiri Sultan Satarbekov da var.

“Azadlıq” radiosunun Qırğızıstan bürosu yazır ki, səhiyyə nazirinin saxlanılması ictimaiyyət üçün gözlənilməz olub. Belə ki, nazir vəzifələrindən sui-istifadə edən bir sıra tanınmış həkimləri tənqid edir və onları işlərindən uzaqlaşdırırdı. Dövlət xəstəxanalarının binalarında yerləşən bəzi özəl klinikaların çıxarılması ilə də bağlı qalmaqallar yaşanmışdı. Beyşanaliyev özü səhiyyə sektorunda islahatlar apardığını, bu səbəbdən ona mane olunduğunu deyirdi.

Qırğızıstanda bir qrup həkim və vətəndaş fəalı da Alımkadır Beyşanaliyevin korrupsiyaya qarşı mübarizəyə başladığını və buna görə bəzi qüvvələrin onu vəzifəsindən uzaqlaşdırmağa çalışdığını bildirirlər.

Azpost.info

Post navigation

Previous: “Formula-1”a biletlər satılıb –
Next: Vətən müharibəsi qazisi əməliyyat olunub

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.